10.05.2019

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

    10 may 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun bütün ümumtəhsil məktəblərində,o cümlədən  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov ,Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, hüquq-mühafizə orqanları nümayəndələri də iştirak ediblər.  Ulu öndərin Mərkəzdə yerləşən  abidəsinin önünə gül-çiçək dəstələri qoyulduqdan sonra rayon məktəblilərinin hazırladığı “İmzalı, möhürlü həqiqətimsən!” adlı tematik tədbir təqdim olunub.Məktəblilər tərəfindən təqdim edilən kompozisiyalar rəğbətlə qarşılanıb.


Açar sözlər: