15.05.2019

Ekskursiya təşkil edilib

    Mayın 15-də Uşaq - Gənclər İnkişaf Mərkəzinin müəllim-şagird kollektivi Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və “Beynəlxalq müzeylər günü” münasibətilə rayonun Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinə ekskursiya təşkil etmişlər.Ekskursiyada Mərkəzin 57 nəfər dərnək üzvü və 7 nəfər pedaqoji işçisi iştirak etmişdir.Şagirdlər Mərkəzdə Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə və stendlərlə tanış olmuş, müzeydə sərgilənən eksponatlara maraqla tamaşa etmişlər.


Açar sözlər: