15.05.2019

Dəyirmi masa keçirilib

    14.05.2019-cu il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 yanvar 2019-cu il tarixli ,F-20 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq "Ümumtəhsil məktəblərində Azərbaycan dili və Nitq mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib. Məkətbin müəllim və şagird kollektivinin iştirak etdiyi dəyirmi masada məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Məmmədova Azərbaycan dilinin gözəlliiyi ,qədim bir keçmişə malik  müsiqili bir dil olması barədə şagirdlərə geniş məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb.


Açar sözlər: