16.05.2019

Açıq dərs keçirilib

Mayın 15-də Ucar şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə  14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.5 bəndinə əsasən Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqların məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə Ucar rayonunun tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumat xarakterli açıq dərs keçirilib. Məktəbin 9-cu sinfndə keçirilən açıq dərs coğrafiya müəllimi Əməkdar müəllim Yeganə Hüseynli tərəfindən təşkil edilib.


Açar sözlər: