17.05.2019

"Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib

    16.05.2019-cu il tarixdə  Ucar şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün 13 mart 2019-cu il tarixli F-127 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib. Məktəbin kimya müəllimi Samirə Abdullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin  bir qrup müəllim və şagird kollektivi iştirak edib. Mövzu ətrafında  müəllim və şagirdlərin çıxışları dinlənildikdən sonra müzakirələr aparılıb.


Açar sözlər: