18.05.2019

Təhsil işçiləri ilə görüş keçirilib

    Mayın 18-də Ucar rayon Heydər Əliyev Mərkəzində Ağdaş,Ucar, Göyçay Rayon Təhsil Şöbələrinin cari il tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva,Ümumi və məktəbəqədər  təhsil şöbəsinin müdiri  Aydın Əhmədov, Ağdaş,Ucar, Göyçay Rayon Təhsil Şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yığıncaqda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ndan irəli gələn vəzifələrdən danışaraq qeyd edib ki,təhsin inkişafı ilk növbədə onun aparıcı hissəsinin təşkil edən ümumtəhsil məktəblərinin fəaliyyətindən asılıdır.Tədbirdə “Keyfiyyət il”nin davamı olaraq Təhsil naziri cənab Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri barədə”14 avqust 2018-ci il tarixli,F-550 nömrəli  əmri icrası ilə bağlı təhsil şöbə müdirlərinin hesabatları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

    Hesabat yığıncağında nazir müavini Məhəbbət Vəliyeva iştirakçılara  təhsil sahəsində prioritet məsələrlə bağlı öz tövsiyə və  və tapşırıqlarını verib.