22.05.2019

"İnsan hüquqları aylığı"çərçiivəsində maarifləndirici tədbir keçirilib

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə  iyunun 18-də ölkədə”İnsan hüquqları Günü “kimi qeyd olunur.

    Hər il olduğu kimi,  bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə  mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”elan edilib.Bununla əlaqədar rayonun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.

    22 may 2019- cu il tarixdə Ucar şəhər N. Gəncəvi adına 3nömrəli tam orta məktəbində Rayon Təhsil Şöbəsinin17 may 2019 cu il tarixli, 314 nömrəli məktubuna əsasən "İnsan hüquqları aylığı"çərçıvəsində maarifləndirici tədbir keçırilib.Tədbirdə məktəbin bir qrup müəllim və şagirdi iştirak edib.Şagirdlərlə mövzu ətrafında müvafiq söhbətlər aparılıb,müzakirələr keçirilib. Sonda videoçarx nümayiş etdirilib.


Açar sözlər: