27.05.2019

"Nəsimi-650"

    Mayın 27-də Ucar şəhər4 və 5 nömrəli tam orta məktəblərin kollektivlərinin təşkilatçılığı ilə “ Nəsimi ili”ilə bağlı tədbir keçirilib.Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini Şəhla  xanım Abdullayeva,Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov,ümumtəhsil məktəblərin direktorları,müəllim və şagird kollektivi iştirak edib.Məktəblilərin ifasında ədəbi-bədii kompozisyalar nümayiş etdirilib,Nəsiminin lirik yaradıcılığından qəzəllər səsləndirilib.Videoçarx nümayiş etdirilib.Canlı ifalar tədbir iştirakçıları tərəfindən  rəğbətlə qarşılanıb.


Açar sözlər: