01.06.2019

"1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibətilə tədbir keçirilib

30.05.2019-cu il tarixdə Ucar şəhər 2 nömrəli tam orta məktəbində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibətilə tədbir keçirilib. Tədbir məktəbin IIIa sinif müəllimi Sultanova Dürnisə Telman qızı tərəfindən hazırlanmışdır. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Tədbirdə IIIa sinif şagirdlərinin ifasında şeirlər, şən musiqi nömrələrini qonaqlar rəğbətlə qarşılayıblar. Ucar şəhər 1 nömrəli körpələr evindən qonaq gəlmiş körpə fidanlar da öz musiqi hədiyyələrini üçüncülərə təqdim ediblər.


Açar sözlər: