11.06.2019

"Ədəbiyyat biliciləri”müsabiqəsinin qalibi

    İyunun11-də  Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə  mədəniyyətinin formalaşdırlıması ilə bağlı tədbirlər planı barədə”əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edən,üç mərhələdə təşkil edilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə müsabiqənin respublika mərhələsinin qalibləri iştirak ediblər.Qaliblər arasında Ucar şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyeva Zəhraxanım Ceyhun qızı  da vardır .O, müsabiqənin nəticələrinə əsasən Tərifnamə diplomla mükafatlandırılıb.Məktəblimizi təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq. 


Açar sözlər: