12.06.2019

Bədii qiraət müsabiqəsi keçirilib

      İyunun 11-də YAP Ucar rayon təşkilatının qərargahında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərindən 25 nəfər 9-11-ci sinif şagirdinin iştirakı ilə bədii qiraət müsabiqəsi keçirilib. Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısının müavini Şəhla Abdullayeva, rayonun ümumtəhsil məktəblərindən müəllimlər və məktəb rəhbərləri iştirak ediblər.
    İştirakçıların çıxışları münsiflər heyətinin üzvləri :Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, Ağdaş Regional Mədəniyyət və Turizim İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, YAP Ucar rayon təşkilatı Qadınlar Şurasının sədri, Qazyan kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Yaqut Zeynalova və Ağdaş Regional Mədəniyyət və Turizim İdarəsinin Ucar rayonu üzrə Mədəniyyət Mərkəzinin direktoru Ruslan Rəsulov tərəfindən qiymətləndirilib.Nəticələrə əsasən,şəhər 1 nömrəli məktəb - liseyinin 11-ci sinif şagirdi Ziba Abbasova birinci, şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Vüsalə Sadıqova ikinci, Şahlıq kənd tam orta məktəbin 11-ci sinif şagirdi Aytac Əhmədova üçüncü yerə layiq görülməklə diplom və qiymətli hədiyyələrlə təltif olunublar.Sonda xatirə şəkli çəkilib,qaliblər,eləcə də digər müsabiqə iştirakçıları YAP Ucar rayon təşkilatının Diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Açar sözlər: