02.07.2019

Fənn müsabiqəsinin qalibi

    İyunun 21-də ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdlərinin arasında V Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.Final mərhələ Bakı şəhəri ilə yanaşı Gəncə ,Sumqayıt, Mingəçevir, İsmayıllı,  Ağdaş, Şəki,Şəmkir,Şirvan Xaşmaz və Lənkəran şəhərlərində təşkil edilib.Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən,qalib şagirdlərin seçimi edilib. Ucar rayonunun Xalac kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Məmmədli Əfsər Əlişiraz oğlu  həmin müsabiqənin qalibi olaraq II yerə layiq görülüb. Qalib məktəblimizi təbrik edir,uğurlarının davamlı olmasını arzu edirik.


Açar sözlər: