28.08.2019

600-dən yuxarı bal toplayan  məzunlarımız  

     2018-2019-cu dərs ilində Ucar rayonunun ümumtəhsil məktəblərindən 370 nəfər məzun bakalavr səviyyəsi üzrə Respublikanın ali təhsil müəssisələrinin müvafiq fakültələrinə daxil olmaq üçün elektron ərizə ilə müraciət edib. Dövlət İmtahan Mərkəzinin mərkəzləşmiş qaydada təşkil etdiyi qəbul imtahanları və müsabiqənin nəticəsinə əsasən  həmin abituriyentlərdən  209 nəfəri tələbə adını  qazanıb.Tələbə adını qazananlardan 10 nəfəri 600-dən yuxarı,41 nəfəri isə 500-600 arası bal toplayıb.600-dən yuxarı bal toplayan abituriyentlər  şəhər  1,2,4 nömrəli ,Qazyan kənd 2 nömrəli,Pirkənd kənd  tam orta məktəblərinin məzunlarıdır. Rayon üzrə ən yüksək  nəticəni şəhər 2 nömrəli tam orta məktəbin məzunu Əliyeva Zəhraxanım Ceyhun qızı  göstərərək Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinə daxil olub.Qeyd edək ki, Əliyeva Zəhraxanım  həmçinin, tam  orta təhsilini qızıl medalla bitirmişdır.Qazanılan uğurlar Ucar rayon təhsil işçilərinin yüksək əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.

    Tələbə adını qazanan hər kəsi təbrik edir,onlara yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik.


Açar sözlər: