03.09.2019

Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

     Sentyabrın 3-də Göyçay şəhərində  yerləşən Heydər Əliyev Mərkəzində Ağsu,Ucar və Göyçay  rayonlarının  təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov,Göyçay, Ucar,Ağsu rayonlarının  təhsil şöbələrinin rəhbərləri və əməkdaşları,məktəb direktorları,direktor müavinləri,məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər.

     Konfransda müvafiq rayon təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlər barədə hesabat məruzəsi ilə çıxış ediblər.

     Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qədirov çıxış edərək hesabatları təhlil edib,təhsil sahəsində həyata keçirilən yeniliklər,nəzərdə tutulan hədəflərdən danışıb,qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.Eyni zamanda Nazirliyin nümayəndəsi ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə son illərdə təhsil sahəsində əldə edilən  nailiyyətlər,o cümlədən konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə də məlumat verib.

        Sonda konfrans iştirakçılarının rəy,təklif və sorğuları dinlənilib və cavablandırılıb.

      


Açar sözlər: