16.09.2019

"Bilik günü" qeyd olunub

  Sentyabrın 16-da Ucar rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik günü”qeyd olunub. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri,valideyn,müəllim və şagirdlər iştirak edib.Şagirdlərin ifasında  Dövlət Himnimiz səsləndirildikdən sonra  müəllimə,vətənə aid şeirlər söylənilib,mahnılar ifa olunub.Tədbirlər başa çatdıqdan sonra ilk dərs məşğələləri başlanıb.İlk dərs ibtidai   siniflərdə  “İdman və sağlamlıq”,V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-X siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.


Açar sözlər: