21.09.2019

Beynəlxalq Sülh Günü

    Sentyabrın 20-də Ucar şəhər 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.  Şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənovanın təşkilatçılığı ilə hazırlanan bu tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.İbtidai sinif şagirdlərinin ifasında sülhə,vətənə aid şeirlər və mahnılar səsləndirilib.Körpə fidanlar müxtəlif rəqslər ifa ediblər.Tədbirin sonunda sülh və əmin -amanlığın rəmzi olan ağ göyərçinlər havaya buraxılıb.


Açar sözlər: