01.10.2019

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

    Oktyabrın 1-də Ucar rayonunun ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Əvvəlki illərdən fərqli olaraq, bu il məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qayadada həyata keçirilib və hazırda qeydiyyat davam etdirilir.Qeyd edək ki,bu qayda respublika üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə şamil olunur.2019-2020-ci dərs ilində Ucar rayonunun  37 ümumtəhsil məktəbində  56 məktəbəhazırlıq qrupu təşkil edilib.Həmin qruplara 927nəfər uşaq cəlb edilib.

    Məktəbhazırlıq qruplarının yaradılmasında  məqsəd 5 yaşlıların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq,ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək,əhatə olunduqları aləmə, təhsil mühitinə uyğunlaşdırmaqdır.Bu qruplarda  həftədə 4 gün olmaqla,12 saat məşğələ keçiriləcək:”Ətraf aləmlə tanışlıq”,”Savad təliminə hazırlıq və nitq inkişafı”,”Bədii təfəkkürün inkişafı”,”Məntiqi və riyazi təfəkkürün inkişafı”,”Təsviri fəaliyyət”,”Musiqi”,”Fiziki mədəniyyət”.