30.09.2019

“Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi 

    20 sentyabr 2019 -cu il tarixdə Ucar Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Ucar rayonA.Abdullayev adına Alpı kənd tam orta məktəbinin “Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimatda  Rayon Təhsil Şöbəsinin əməkdaşları  və məktəb direktorları iştirak ediblər.Layihənin rəhbəri Alpı kənd tam orta məktəbinin direktoru Rauf Məmmədov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, bukletlər paylamışdır. Qeyd olunmuşdur ki,layihə çərçivəsində son 4 ildə Ucar rayonunun ümumtəhsil məktəblərinə yeni təyin olunmuş məktəb direktorları və müavinlərinin   təlimə cəlbi nəzərdə tutulub. 15 avqust 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixə kimi davam edəcək layihənin  məqsədi cəlb edilən rəhbər işçilər arasında idarəetmədə, pedaqoji,metodiki işin təşkili sahələrdə təcrübələrin aparılması,bilik və bacarıqların təkmilləşdirilməsi və mübadiləsinin həyata keçirməkdir.

    Layihənin təşkilatçıları və  iştirakçılarına uğurlar arzulayırıq.