03.10.2019

"05 Oktyabr-Müəllim Günü" münasibətilə tədbir keçirilib

    Oktyabrın 3-də  Ucar rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “05 Oktyabr-Müəllim Günü” münasibətilə Ucar rayon pedaqoji kollektivlərinin nümayəndələrinin təntənəli tədbiri keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Mərkəzin akt zalında davam etdirilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova, Pirkənd kənd tam orta məktəbinin  coğrafiya müəllimi Ramilə Beydullayeva və şəhər 6 nömrəli  tam orta məktəbin direktoru Şəlalə Qədirova çıxış edərək, Azərbaycan müəlliminə göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını ifadə ediblər.
    Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, respublikamızda hər il müxtəlif peşə bayramları qeyd olunur. Əlamətdar olanı isə odur ki, bütün bu peşə bayramlarında ən çox xatırlananı, ən çox haqqında danışılanlar bizim borclu olduğumuz müəllimlərimizdir.Bütün insanlara həmişə qayğı ilə yanaşan, onları layiqincə qiymətləndirən Azərbaycan xalqının görkəmli oğlu, ümummilli liderimiz Heydər Əliyev də “Mən yer üzündə müəllimdən şərəfli ad tanımıram” demişdir. Doğrudan da, bizim hər birimiz həyatda qazandağımız mövqeyə görə müəllimlərə borcluyuq. Ümummilli liderin layiqli davamçısı ,Prezidentimiz  İlham Əliyevin  müəllimlərin fəaliyyətinə diqqət göstərməsinin nəticəsidir ki, 17 nəfər rayon müəllimi “Əməkdar müəllim” və “Tərəqqi” medalı ilə təltif olunub. 22 yeni məktəb binası tikilib, 15-dən artıq məktəb əsaslı təmir olunub və bu işlər Dövlət Proqramı çərçivəsində uğurla davam etdirilməkdədir.

    Çıxışlardan sonra müəllimlərin bir qrupu Ucar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları  təltif olunublar. Həmçinin,Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan üzvlərinə üzvülük vəsiqələri təqdim olunub, bir qrup YAP fəalı rayon təşkilatının hədiyyələri ilə mükafatlandırılıb.Tədbirin sonunda rayon məktəblilərinin bədii proqramı təqdim olunub.


Açar sözlər: