04.10.2019

Qabaqcıl təhsil işçilərimiz 

    Prezident İlham Əliyev 5 Oktyabr - Beynəlxalq  Müəllimlər Günü münasibətilə respublikanın bir qrup təhsil işçisinin təltif edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 126 nəfər təhsil işçisi təltif olunub.Təltif olunanlar sırasında Ucar rayonunun da təhsil işçisinin olması bizləri çox sevindirmişdir.Qeyd edək ki,Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbinin direktoru  Baxşəliyev Elburus Şəkəralı oğlu"Tərəqqi” medalına layiq görülüb.

    Eyni zamanda Müəllim günü ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də respublikanın ümumtəhsil məktəblərinin bir qrup qabaqcıl müəlliminin əməyi də yüksək qiymətləndiriliərək mükafatlandırılıblar.

    Ucar şəhər 4 nömrəli tam orta məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Hacıyeva “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”döş nişanı,Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Çərkəzov Vaqif  və şəhər 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sveta Mikayılova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.Ucar təhsilinin öncüllərini bu münasibətlə təbrik edir,gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


Açar sözlər: