Azərbaycan Respublikasının Milli Məclisində Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi-2019" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Ucar rayon Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynur İbrahimova da tədbirdə iştirak edərək Təltifnamə və mükafata layiq görülüb.