08.10.2019

Dəyirmi masa keçirilib

    Oktyabın 7-də Ucar şəhər 2 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Məhəbbət Abdullayevanın təşkilatçılığı ilə akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib.Tədbirdə  məktəb rəhbərliyi,müəllim və şagird kollektivi  iştirak edib.Məktəbin müəllimi Məhəbbət Abdullayeva şagirdlərə akademikin elmi və ictimai fəaliyyət ilə bağlı  ətraflı məlumat verdikdən sonra ,müzakirələr aparılıb.Səmimi diskusiya şəraitində keçən tədbirdə müəllim və şagirdlər tərəfindən maraqlı fikir və mülahizələr söylənilib. 

 

 


Açar sözlər: