10.10.2019

Peşəyönümü istiqamətində maarifləndirici tədbir keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli  3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş”Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının icrası ilə bağlı 10 oktyabr 2019-cu il tarixdə  Ucar şəhər 5 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü istiqamətində maarifləndirici tədbir keçirilib.Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti Ucar Rayon Məşğulluq Mərkəzinin aktiv məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi Nəcəf Məmmədov da iştirak edərək şagirdlər peşəyönümü istiqamətində məlumatlar verib.Tədbirin keçirilməsində məqsəd peşəyönümü istiqamətində fəaliyyətin gücləndirliməsi,gənclərin əmək bazaslnda daha çox tələb olunan peşə  və ixtisaslar haqqında məlumatlılıq səviyyəsinin  artırılması olmuşdur.


Açar sözlər: