11.10.2019

Təlimlərə başlanılıb

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbinin “Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlərə başlanılıb.

    Ucar şəhər 1 № li texniki və hümanitar təmayüllü məktəb- liseydə keçirilən  təlimdə layihə rəhbəri Alpı kənd tam orta məktəbinin direktoru Rauf Məmmədov təlim iştirakçlarına təlimin məqsəd və vəzifələri haqqında geniş məlumat verib, təlimin qrafiki və proqramı ilə iştirakçıları tanış edib. Təlimlərə ilkin olaraq son 4 ildə Ucar rayonunun ümumtəhsil məktəblərinə təyin olunmuş məktəblərinin direktorları və müavinləri cəlb olunublar. Növbəti mərhələdə digər məktəblərin rəhbər işçilərinin də təlimə cəlb olunması nəzərdə tutulub.

    15 avqust 2019 -cu il tarixdən 16 dekabr 2019- cu il tarixə qədər davam etdirilməsi nəzərdə tutulan təlimlər həftənin tək günləri olmaqla,günün ikinci yarısında həyata keçirilir


Açar sözlər: