11.10.2019

“Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə”mövzusunda tədbir keçirilib

    Oktyabrın 11-də Ucar rayonunun Alpout kənd 1 nömrəli tam orta məktəbində “Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə”mövzusunda tədbir keçirilib.Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Müşviq Şükürov şagirdlərə narkotik və psixotrop vasitələrin insan orqanizminə zərərli  təsiri barədə geniş məlumat vermişdir.Bildirmişdir ki,insan həyatını məhv edən bu zərərli vərdişlərə aludəçilik bütün dövrlərdə pislənmiş və ona qarşı mübarizə aparılmışdır.


Açar sözlər: