14.10.2019

Tədbirlər davam etdirilir

    Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli ,1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı""nın həyata keçirilməsi üzrə Tədbirlər planının aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədi ilə Respublika Təhsil Nazirliyinin 28.08.2019-il tarixli F-516 nömrəli əmrinin icrasina uyğun olaraq 11.10.2019-cu il tarixində Ucar şəhər 3 nömrəli məktəbdə məktəb rəhbərlərinin,yuxarı sinif şagirdləri və muəllimlərin iştirakı ilə tədbir keçirilib.Tədbirdə narkotik vasitələrin insan sağlamlığına vurduğu ziyanlardan,orqanizmi məhv etməyindən danişılıb və şagidlərin sualları cavablandırılıb.Şagirdləri maarifləndirmək məqsədilə narkomaniyanın törətdiyi bəlalara aid slaydlar,plakatlar nümayiş olunub.Tədbirin davamı olaraq 12 oktyabr 2019-cu il tarixdə şagirdlərin mövzu üzrə  rəsm işlərinin sərgisi təşkil edilib.


Açar sözlər: