16.10.2019

Yubiley qeyd olunub

    "İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 yanvar 2019-cu il tarixli 906 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.04.2019-cu il tarixli F-175 nömrəli əmrinə əsasən 14 oktyabrda Ucar şəhər 2 nömrəli tam orta məktəbində İsmayıl Şıxlının 100 illik, oktyabrın 15-də isə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçiriilib. Məktəbin dil-ədəbiyyat müəllimləri Zahidə Məmmədova və Aybəniz Hüseynovanın təkilatçılığı ilə keçirilən dəyirmi masalarda şagirdlərə Əhməd bəy Ağaoğlunun ictimai, jurnalistik və pedoqoji sahədə göstərdiyi xidmətlər və İsmayıl Şıxlının həyat və yaradıcılığı barədə şagirdlərə geniş məlumat veriblər.Azərbaycanın görkəmli simaları haqqında slaydlar və sənədli filmlər nümayiş etdirilib. 


Açar sözlər: