17.10.2019

Açıq dərs keçirilib

    Oktyabrın 17-də Ucar şəhər 2 nömrəli tam orta məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə açıq dərs keçirilib.XIb humanitar təmayüllü sinifdə keçirilən açıq dərs məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülfiyyə Kərimli tərəfindən keçirilib. Açıq dərsdə Ucar Rayon Təhsil Şöbəsinin əməkdaşı Q.Əhmədova,məktəbin rəhbərliyi və bir qrup müəllim iştirak edib.Dərsdə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim,ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmış Əhməd bəy Ağaoğlunun irsinə nəzər salınmış,xüsusilə bədii - publisistik  yaradıcılığı şagirdlərin nəzərinə çatdırılmışdır.


Açar sözlər: