18.10.2019

Maarifləndirmə tədbirləri davam etdirilir

    Ucar  şəhər  5 nömrəli  tam  orta  məktəbdə  17 oktyabr  2019-cu  il  tarixdə  Azərbaycan  Respublikası  Prezidentinin  22 iyul  2019-cu  il  tarixli  1334 nömrəli  Sərəncamı  və  Təhsil  Nazirliyinin  28.08.2019-cu  il  tarixli  F-516  nömrəli  əmri  ilə  təsdiq  edilmiş  tədbirlər  planına  müvafiq  olaraq   “Narkotik  vasitələrin,  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  və  nakomanlığa  qarşı  mübarizəyə  dair”  tədbir  keçirilib.  Tədbirdə  Ucar  RPŞ-nin  rəis  müavini  Səbuhi  İsmayılov  və  azyaşlılar və  yetkinlik  yaşına  çatmayanların hüquqlarının müdafiəsi  üzrə  şöbənin inspektoru  Xaqani  Vahidov ,məktəb rəhbərliyi,müəllim və yuxarı sinif şagirdləri  iştirak  ediblər.Tədbirin  keçirilməsində  əsas  məqsəd  bu və digər zərəli vərdişlərin insan həyatına vurduğu zərərlər və ondan yayınması yolları barədə şagirdlərin maarifləndirilməsi olub.

 

 


Açar sözlər: