18.10.2019

"18 Oktyabr- Müstəqillik günü" münasibətilə tədbirlər keçirilib.

    Oktyabrın 18-də Ucar rayonun bütün ümumtəhsil məktəblərində,o cümlədən şəhər 2,5 nömrəli Qazyan kənd 3,Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəblərində "18 Oktyabr- Müstəqillik günü" münasibətilə tədbirlər keçirilib.Tədbirlərdə məktəb rəhbərliyi,müəllim və şagird kollektivi,valideynlər,rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.Tədbirlərdə Müstəqillik günü ilə bağlı çıxışlar edilərək yaxın keçmişimizə bir daha nəzər salınmış ,müstəqilik illərində xalqımızın həyatında  baş verən müsbət  dəyişikliklərə münasibət bildirilib.

     Şagirdlərin ifasında vətən xalq,müstəqilik mövzularında  şeirlər söylənilib, mahılar ifa olunub.Canlı ifalar və rəqslər iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.   


Açar sözlər: