22.10.2019

“Gənclər arasında insan alveri və zorakılıq” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli,3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət proqramının icrası ilə bağlı  22 oktyabr 2019-cu il tarixdə Ucar şəhər 5 nömrəli tam orta məktəbində  “Gənclər arasında insan alveri və zorakılıq halları”mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin bir qrup müəllimi və yuxarı sinif şagirdləri iştirak edib.Məktəbin dierktoru Hakim Nəcəfov şagirdlərə insan alveri və zorakılıq halları, belə hallarda  təcili olaraq hansı tədbirlərin görülməsi barədə geniş məlumat verib.

    Tədbirin keçirliməsində məqsəd gənclər  arasında insan alveri və zorakılıq ,ona qarşı mübarizə haqqında maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.


Açar sözlər: