23.10.2019

Görüş keçirilib

 Oktyabrın 23-də Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbdə görkəmli  nasir,publisist,dramaturq,ssenarist,1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü,pedaqoji elmlər doktoru,professor Ağarəhim Rəhimovla görüş keçirilib.Görüşdə Yazıçılar İttifaqının üzvü Elşən Qəniyev,Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov,Qazyan kənd 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.Görüşdə iştirak edən  Rayon Təhsil Şöbəsinin müdiri  Fuad İsrəfilov,məktəbin direktoru Ramiz Zeynalov və digər iştirakçılar çıxış edərək Ağarəhim Rəhimovun səmərli fəaliyyəti,bədii yaradıcılığından söhbət açıblar.

   Ağarəhim Rəhimov çıxış edərək səmimi münasibət və haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib,şagirdləri maraqlandıran suallara cavab verib.Sonda Ağarəhim müəllimə məktəblilərin adından hədiyyə təqdim edilib,xatirə şəkli çəkdirilib.


Açar sözlər: