24.10.2019

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə start verilib

    Oktyabrın 24-də Ucar rayonunun Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində 2019-2020-ci tədris ili üzrə Məktəblər arasında respublika çempionatının rayondaxili  mərhələsinə start verilib.Çempionatın rayondaxili mərhələsində rayonun 36 ümümtəhsil məktəbindən komandalar iştirakı edib.Komandalar yüngül atletika üzrə yarışıblar. Yüngül atletika üzrə  yarış oktyabrın 25-də həmin məktəbdə davam etdiriliəcəkdir.

  Qeyd edək ki,Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsində komandalar qrafik üzrə müxtəlif tarixlərdə şəhər 3,5 nömrəli tam orta məktəbləri və  Uşaq-Gənclər İdman- Şahmat Məktəbində müxtəlif idman növləri üzrə yarışacaqlar.

 


Açar sözlər: