28.10.2019

Sınaq imtahanları keçirilib

    Oktyabrın 25-də Ucar Rayon Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinin 13 sentyabr 2019-cu il tarixli F-556 nömrəli əmrinin icrası ilə bağlı şəhər 2 və 4 nömrəli tam orta məktəblərində 7-ci siniflər üzrə riyaziyyat və informatika, 8-ci siniflər üzrə təbiət təmayülllü xüsusi siniflər üzrə sınaq imtahanları təşkil olunub.Xüsusi istedadlı şagirdlər üçün təşkil olunmuş  imtahan həmin siniflərdə səviyyəmüəyyənedici məqsədi daşıyıb.İmtahanda 7-ci siniflər üzrə 52 nəfər şagird, 8-ci siniflər üzrə 48 nəfər şagird iştirak edib.


Açar sözlər: