29.10.2019

"Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

    BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin  ildönümü ilə əlaqədar  Ucar rayonunun ümumtəhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.Oktyabrın 28-də Ucar şəhər 5 nömrəli  və Boyat kənd tam orta məktəblərində dəyirmi  masa və rəsm müsabiqələri keçirilib.Məkətəbin rəhbərliyi ,müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti ,uşaqlara diqqətin artırılması məsələsi ön plana çəkilib,müzakirələr aparılıb.”Uşaqlar bizim gələcəyimizdir” devizi altında keçiriliən tədbirdə məktəblilərin eyni mövzuda rəsm işləri də sərgilənib.


Açar sözlər: ,