30.10.2019

Şagird təqdimatları dinlənilib

    Oktyabrın 30-da Ucar  şəhər 5 nömrəli tam orta məktəbdə Əhməd bəy Ağaoğlunun yubileyi ilə əlaqədar olaraq  tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagirdlər  iştirak ediblər. Məktəbin tarix müəllimi Sevinc Məlikovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə  Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda şagirdlərin “Əhməd bəy Ağaoğlu haqqında nə bilirik ?“ mövzusunda təqdimatları dinlənilib.Tədbirin keçirilməsində məqsəd şagirdlərin Əhməd bəy Ağaoğlu haqqında bilgilərinin genişləndirilməsi və Azərbaycan tarixindəki fəaliyyətinin təbliği olub.


Açar sözlər: