29.10.2019

"Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib

    29 oktyabr 2019- cu il tarixdə Ucar şəhər 6 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün 13 mart 2019-cu il tarixli F-127 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib. Məktəbin kimya müəllimi Ceyran Abdullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru, bir qrup müəllim və şagird kollektivi iştirak edib. Mövzu ətrafında şagirdlərin çıxışları dinlənildikdən sonra müzakirələr aparılıb.Tədbirdə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.


Açar sözlər: