31.10.2019

Həmid Araslının xatirəsi yad edilib

    30 oktyabr 2019-cu il tarixdə şəhər 4 nömrəli tam orta məktəbdə  akademik Həmid Araslının 110 illiyi ilə  əlaqədar tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, məktəbin dil - ədəbiyyat müəllimləri və 11-ci sinfin şagirdləri iştirak ediblər. Məktəbin dil-ədəbiyyat müəllimi Çinara  Səmədovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şagirdlərin  akademik Həmid Araslının həyatı və fəaliyyəti barədə topladıqları məlumatlar  tədbir iştirakçılarına çatdırılıb. Akademikin elm fəaliyyəti ,bu sahəsdə əvəzsiz rolu barədə də geniş məlumat verilib. Sonda məktəbin direktoru E.Soltanova tədbir haqqında xoş fikirlərini bildirərək,şagirdlərə öz tövsiyələrini söyləyib.


Açar sözlər: