01.11.2019

Seminar keçirilib

    Noyabrın 1-də Ucar şəhər 5 nömrəli tam orta məktəbdə təlim-tərbiyə,diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə sahəsində müəllimlərin səriştəliliyinin  artırılması   məqsədilə metodiki seminar keçirilib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.Seminarda  məktəbin direktoru Hakim Nəcəfov və kimya müəllimi Nigar Tağıyevanın təqdimatları dinlənilib, mövzu əhatəsində müzakirələr aparılıb. Eyni zamanda ümumi təhsillə bağlı dövlət sənədlərinin,hüquqi normativ aktların,Təhsil Nazirliyinin əmr və sərəncamlarında irəli sürülən vəzifələrin hərətərəfli öyrənilməsinin təmin edilməsi ilə bağlı maarifləndirici söhbət aparılıb.


Açar sözlər: