05.11.2019

Dəyirmi masa keçiirilib

    Noyabrın 5-də Ucar şəhər 5 nömrəli tam orta məktəbdə Həmid Araslının 110 illik yubileyi ilə əlaqədar dəyirmi masa  keçirilib.Tədbirdə  dil-ədəbiyyat müəllimləri, şagirdlər iştirak ediblər.Həmid Araslının  həyatı və fəaliyyəti haqqında məlumatlar şagirdlərin müstəqil tədqiqat işi kimi dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.Müzakirələrdə Həmid Araslının folklorşünaslıq fəaliyyəti xüsusilə ön plana çəkilib.Tədbirin keçirilməsində məqsəd şagirdlərin akademikin həyatı və fəaliyyəti ilə yaxından tanış etmək, eyni zmanda  müstəqil tədqiqatçılıq və müəyyən mövzu ətrafında fikir yürütmək  bacarığını inkişaf etdirmək məqsədi daşıyıb.


Açar sözlər: