04.11.2019

“Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

    Noyabrın 1-də Ucar rayonunun Pirkənd kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib.Tədbirdə məktəbin müəllim və şagird  kollektivi iştirak edib.Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması,uşaqlara diqqətin artırılması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilən tədbirdə rəsm işlərindən ibarət sərgi nümayiş etdirildikdən sonra məktəb  direktoru Tapdıq İsayev şagirdlərə uşaq hüquqları  və hər il ənənəvi olaraq qeyd edilən aylığın keçirilməsi səbəbi və əsas mahiyyəti barədə geniş məlumat verib.Çıxışlardan sonra məktəblilərin ifasında mövzu üzrə şeirlər və mahnılar səsləndirilib.


Açar sözlər: