06.11.2019

"Uşaq hüquqları aylığı” 

    BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illik yubileyi ilə əlaqədar Respublikada “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirlməkdədir. Belə ki,5-6noyabr 2019-cu il tarixlərdə rayonun Alpı kənd və şəhər 4 nömrəli tam orta məktəblərində"Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq VII, VIII-IX,IX sinif şagirdlərinin iştirakı  ilə dəyirmi masa keçirilib.Tədbirdə şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi K.Babayeva,Alpı kənd tam orta məktəbinin direktoru R.Məmmədov çıxış edərək bildiriblər ki,bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq, uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,