07.11.2019

“Dünyada ən uca dövlət bayrağı” adlı  ədəbi-bədii kompozisiya keçirilib

    Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinin icrası ilə əlaqədar Rayon Təhsil Şöbəsinin 2019-2020-ci dərs ilinə aid Fəaliyyət Planının “Ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı tədbirlərin təşkili və keçirilməsinin təmin edilməsi” bölməsinin icrasını təmin etmək məqsədilə 07 noyabr 2019-cu il tarixdə şəhər 1 nömrəli məktəb-liseydə ingilis dili müəllimlərinin təşkilatçılığı ilə Bayraq gününə həsr olunmuş “Dünyada ən uca dövlət bayrağı” adlı  ədəbi-bədii kompozisiya keçirilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayonun digər ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri, bir qrup şagird heyəti iştirak edib.Şagirdlər çıxışlarında bayrağımızın yaranması,rəngləri və rənglərin mənası haqqında ətraflı məlumat veriblər.Şagirdlərin ifasında  ingilis dilində şeirlər,mahnılar səsləndirilib.

    Tədbirlər planına uyğun olaraq rayonun Bağman,Təzə Şilyan kənd tam orta, Müsüslü, Ramal kənd ümumi orta məktəblərində də xarici dil fənni ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 


Açar sözlər: