13.11.2019

Görüş keçirilib

    Noyabrın 13-də Ucar şəhər 3 nömrəli tam orta məktəbdə "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" Tədbirlər planının 3.1.1, 3.1.3 bəndlərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin əməkdaşı, Əfqanıstan və Qarabağ döyüşlərinin veteranları, məktəb rəhbərliyi və 10,11-ci sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib.Tədbir iştirakçıları məktəbin həyətyanı sahəsində yerləşən 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş,əziz xatirələrini ehtiramla yad etmişlər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib.Veteranlar keçdikləri döyüş yolları ilə bağlı təəssüratlarını şagirdlərlə bölüşüblər.Şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: