15.11.2019

"Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib

    14-15 noyabr 2019-cu il tarixlərdə Ucar şəhər 4 nömrəli tam orta və Ramal kənd ümumi orta məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə  mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün 13mart 2019-cu il tarixli,F-127 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planına əsasən tədbirlər keçirilib.Tədbirlərdə məktəbin bir qrup müəllim və şagird kollektivi iştrak edib.Mövzu ətarfında çıxış və müzakirələrdən sonra şagirdlərin plastik qablardan hazırladıqları əl işlərinin sərgisinə baxış keçirilib.Sərgidə ən yaxşı əl işi ilə iştirak edən şagirdlər mükafatlandırlıblar.

 


Açar sözlər: