18.11.2019

Ekskursiya təşkil edilib

    Noyabrın 15-də Ucar rayon Qazıqumlaq kənd 1 və 2 nömrəli tam orta məktəblərindən 35 nəfər şagird və bir qrup müəlliminin iştirakı ilə “Rayonumuzu tanıyaq” devizi altında rayonun görməli yerlərinə ekskursiyaları təşkil edilib.Məktəblilər rayon mərkəzində yerləşən Şəhidlər xiyabanı,Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyinə səyahət ediblər.Onları məktəb rəhbərləri ,sinif rəhbərləri və Rayon Təhsil Şöbəsinin əməkdaşları müşayiət ediblər.Məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi və eyni zamanda yaşadığı rayonun tarixi,mədəni abidələri,görkəmli şəxsiyyətlərlə daha yaxından tanış olması məqsədilə həyata keçirilən bu tədbirlərin növbəti həftələrdə də qrafik əsasında davam etdirilməsi nəzərdə tutulub.


Açar sözlər: