18.11.2019

"Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək Ucarlı məktəblilər yola salınıb

     15 noyabr 2019-cu il tarixdə Ucar rayon Heydər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında IX-XI sinif şagirdləri üçün maarifləndirici tur-aksiyasının 12-ci mərhələsində (Lənkəran-Masallı-Astara istiqamətinə) iştirak edəcək Ucarlı məktəblilərlə görüş keçirilib.Məktəblilər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

    Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Rayon Təhsil Şöbəsinin, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən tədbirlər görüldüyünü və daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək “Ölkəmizi tanıyaq” tur aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayıb.Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyev cənablarının təsdiq etdiyi “Dövlət Proqram”ları nəticəsində respublikamızın dinamik inkişafı, abadlaşan şəhər və rayonlarımızı əyani görməkdir.
    40 nəfər Ucar məktəbliləri 18-21 noyabr 2019-cu il tarixlərdə Lənkəran-Masallı-Astara rayonlarında olacaq, rayonların vacib əhəmiyyətli, tarixi yerlərinə ekskursiya edəcəklər.Şəhər 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Məhsəti Məmmədli, şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aysu Həmidova, Qarabörk kənd tam orta məktəbin 10-cu sinif şagirdi Nazilə Əliyeva, Qazyan kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Lamiyə Həmidova, valideyinlər, şəhər 3 nömrəli tam orta məktəbin müəllilmi Fatma Abbasova və Rəstəcə kənd sakini Gülanə Əhmədova çıxış ediblər.

     Musiqi proqramı təqdim olunub.

    17 noyabr 2019-cu il tarixdə səhər saat 8:00-da məktəblilər təntənəli surətdə yola salınıblar.


Açar sözlər: