25.11.2019

Məktəblilərin ekskursiyaları davam etdirilir

    Noyabrın 23-də Ucar rayon Şahlıq və Məlikballı tam orta məktəblərindən bir qrup şagird və müəlliminin iştirakı ilə “Rayonumuzu tanıyaq” devizi altında rayonun görməli yerlərinə ekskursiyaları təşkil edilib.Məktəblilər rayon mərkəzində yerləşən Şəhidlər xiyabanı,Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyinə səyahət ediblər.Məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi və eyni zamanda yaşadığı rayonun tarixi,mədəni abidələri,görkəmli şəxsiyyətlərlə daha yaxından tanış olması məqsədilə həyata keçirilən bu tədbirlərin növbəti həftələrdə də qrafik əsasında davam etdirilməsi nəzərdə tutulub.


Açar sözlər: