27.11.2019

Rəsm sərgisi keçirilib

    Azərbaycan Respublikası  Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət proqramı"nın həyata keçirliməsi üzrə Tədbirlər planının aidiyyəti  bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2018-cu il tarixli, F-516 nömrəli əmrindən irəli gələn məsələlərin icrası üçün Ucar rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilir.Bu tədbirlərin davamı olaraq 26 noyabr 2019-cu il tarixdə Ucar şəhər 4 nömrəli tam orta məktəbində "Narkomaniyaya yox deyək" mövzusunda məktəblilərin rəsm işlərindən ibarət ümumrayon sərgisi təşkil edilib. Rayon Təhsil Şöbəsinin əməkdaşları,məktəb rəhbərləri,valideynlər,bir qrup müəllim və şagird kollektivi sərgiyə baxış keçiriblər.Şagirdlərin mövzu ətrafında fikir və düşüncələrinin əks olunduğu rəsmlər iştirakçılar tərəfindən dərin rəğbət və maraqla qarşılanıb. 


Açar sözlər: