28.11.2019

Açıq dərslər təşkil edilib

    Noyabrın 26-27-də Ucar şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Fatma Abbasova, dil-ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova,tarix müəllimi Şairə İsayevanın təşkilatçılığı ilə "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" Ucar Rayon Təhsil Şöbəsinin Tədbirlər  planına əsasən məktəbin 7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinə ekskursiya təşkil etmişlər.Şagirdlər mərkəz və muzeylə tanış olmuşlar.Eyni zamanda ekskursiyadan sonra Heydər Əliyev Mərkəzində Fatma Abbasova 7-ci sinifdə “Yerin Günəş ətrafında fırlanması”, dil-ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova 8-ci sinifdə Azərbaycan dili fənnindən “Qarabağda məhv edilmiş abidələr” mövzusunda açıq dərsləri təşkil edilib.Tədbirin keçirliməsində məqsəd şagirdlərin  yaşadığı rayonun tarixi keçmişi, flora və faunası ,tarixi şəxsiyyətləri haqqında məlumatların genişləndirilməsi olub.


Açar sözlər: